![](https://ruslar.me/mobile/static/img/info.png)
211 nömrə marşrutda hərəkət edən avtobus Nizami rayonu istiqamətindən paytaxtın Yasamal rayonu istiqamətində hərəkət olarkən yolu keçmək istəyən piyada 63 yaşlı Hənifə Rüstəmovanı vurub. Şahidlərin sözlərinə görə qəza anidən olub və həmin vəxt sürücü piyadanı görməyib. Sürücü ərazidən uzaqlaşıb. Qadının meyitini ətrafdakılar maşının altından çıxarıblar. Sürücü 42 yaşlı Çingiz Məmmədov polis tərəfindən tutulub.
Hadisə yerinə gələn qadının oğlu isə anasının yerdə qalan meytini qucaqlayaraq göz yaşlarına boğulub. Qəza böyük prospektdə baş verdiyindən sözü gedən yolda bir saata yaxın tıxac yaranıb.