12+
Film Azərbaycan Cümhuriyyətinin təhsil almaq üçün xaricə göndərdiyi 102 tələbənin taleyindən bəhs edir. O vaxt ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti milli kadrlar hazırlamaq üçün yollar axtarırdı. Çətin hərbi-siyasi vəziyyətə baxmayaraq, azərbaycanlı gənclərin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə hökumət tərəfindən qərar verilmişdi. Demək olar ki, hökumət bu məsələdə məqsədinə çatmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, ölkənin sovetləşməsinə baxmayaraq, tələbələr təhsillərini davam etdirə biliblər. Sonradan onlar Vətənə qayıdaraq müxtəlif sahələrdə uğurlar qazanıblar.
Filmdə Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstanın 17 arxivindən götürülən 465 arxiv sənədindən, 114 mətbu orqanından, 104 kitabdan, 133 məqalədən, 15 internet materialından, 1000-dən artıq fotodan mənbə kimi istifadə olunub.
Film Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.
İstehsalçı: Salnaməfilm studiyası
İlk baxış tarixi: 29.05.2018
Texniki göstəricilər: 16:9
Janr: tarixi, reportaj
Rejissor: Tahir Tahiroviç
Ssenari müəllifləri: Dilqəm Əhmədov, Tahir Tahiroviç
Operator: Əminə Həsənli
Rollarda: Rəis Rəsulzadə, Zilli Namazov, Dilqəm Əhmədov, Remzi Mert Levent, Aydan Əhmədova, Fəxrim Fətəliyev
Filmi səsləndirənlər: Sabir Məmmədov, Şövqi Hüseynov
Prodüser: Nazim Hüseynov
Film Azərbaycan Kinorejissorlar Gildiyası ilə 01.06.2024-cü il tarixində bağlanmış müqavilə əsasında yayımlanır.