
✓ Facebook:
✓ Kanala Abunə Olun:
İndi altı yaşım var,
Daha böyük oğlanam.
Bacımla tək qalırıq
İşə gedəndə anam.
Bilirəm ki, kibritlə
Heç vaxt oynamaq olmaz.
Mətbəxdə qaz yananda
Yanında durmaq olmaz.
Ütü, qayçı, bıçağa
Əlimi uzatmaram.
Oyuncaqla oynasam,
Sonra onu yığaram.
Elektrik xəttinə
Gərək dəyməsin əlim.
Bunu mənə öyrədib
Anam, atam, müəllim.
Etiketlər: agilli omer, 1 ci sinif azerbaycan dili, birinci sinif, usaq seiri, uşaq şeiri, derslik, bunu elemek olmaz, Bunu eləmək olmaz şeiri
#BalacaBala #AğıllıÖmər #UşaqŞeirləri
Müəllif hüquqları qorunur! Videonun başqa youtube kanallarında yayımlanması qadağandır!
Copyright © Balaca Bala