Zulfuqar Meherremov -Senin ureyin menim ureyim | 2025 | Klip

Просмотров: 158, 108   |   Загружено: 1 мес.
icon
Zulfuqar Meherremov
icon
1, 811
icon
Скачать
iconПодробнее о видео
Zülfüqar Məhərrəmov"un "Vüqarlı Media" etiketiylə yayımlanan "Sənin ürəyin mənim ürəyim" adlı iş YouTube'də sizinlədir.

Söz:Mus: İsmət Cavadzadə
Aranjıman: Hüseyin Vəlizadə
Mix Masder: Hüseyn Vəlizadə
Kilip: Ramil Kamal
Pr Manager: Vüqarlı Media

"Sənin ürəyin mənim ürəyim"

Dərdlərim üst-üstə düşüb,
Həyat mənlə qəsdə düşüb.
Çarəsi yox, dərmanı yox,
Cavan yaşda xəstəyə düşüb —
Mənim ürəyim, mənim ürəyim.

Mənim ürəyim kədər çəkir,
Bu görkəmim nəzər çəkir.
Çox demisən mənə "ürəyim",
Gəl, gör indi nələr çəkir —
Sənin ürəyin, sənin ürəyin.

Məhəbbətimi məndən alıb,
Fələk məni dərdə salıb.
Sevmədim bir özgəsini,
İlk məhəbbətimdə qalıb —
Mənim ürəyim, mənim ürəyim.

Göz yaşı göz dəryasıdır,
Məhəbbətin mənasıdır.
Sən mənə rəhm eyləmədin,
İncimə, daş parçasıdır —
Sənin ürəyin, sənin ürəyin.

Ağlayıram, şən deyiləm,
Mən sevirəm, sən deyiləm.
Həyat məni çox dəyişib,
Mən əvvəlki mən deyiləm —
Mənim ürəyim, mənim ürəyim.

Gülməmişəm sən gedəni,
Görmək istəyirəm səni.
Bəlkə də mənsiz darıxır,
Bəlkə də istəyir məni —
Sənin ürəyin, sənin ürəyin.

Küsdü, incitdi məni,
Həsrətə qərq etdi məni.
İçki nədir, bilməz idim,
İçməyə öyrətdi məni —
Mənim ürəyim, mənim ürəyim.

Mən bilirəm dəyər nədir,
Qəmli xatirələr nədir.
Mənim kimi qəm çəkməmisən,
Axı nə bilir kədər nədir —
Sənin ürəyin, sənin ürəyin.

#zulfuqarmeherremov #seninureyinmenimureyim #yenimahnilar2025 #yeniklip2025 #enyenimahnilar #xitmahnilar2025

© Bütün müəllif hüquqları "Vüqarlı Media" tərəfindən qorunur! Audio və video-vizual materialların nüsxələnməsinə icazə verilmir office@vuqarlimedia.com /

© 2020 [Vüqarlı Media]

Official All copyrights reserved by Vüqarlı Media Azerbaijan

Похожие видео

Добавлено: 56 год.
Добавил:
  © 2019-2021
  Zulfuqar Meherremov -Senin ureyin menim ureyim | 2025 | Klip - RusLar.Me