![](https://ruslar.me/mobile/static/img/info.png)
ABŞ-ın şimal-qərbində 4 nəfərin olduğu tək mühərrikli bir təyyarə qəzaya uğrayıb meşəliyə düşüb. Hadisə anında kameralar açıq olub. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra nasazlanıb. Çox keçməyib ki, ağaclara çırpılaraq meşəliyə düşüb. Nə baş verdiyini anlamayan sərnişinlər bir anda gözlərini yerdə açıblar. Ağaçları aşıran təyyarə isə bu hala düşüb. Parçalanan təyyardəki 3 gənc xəsarət almadan xilas ola bilib. Ancaq pilotun bəxti gətirməyib və yaralanıb. Belə bir qəzada can itkisinin olmaması isə yeganə təsəlli mənbəyi olub.