Aydın Xırdalanlı - Düşdüm

Просмотров: 14, 644   |   Загружено: 4 год.
icon
Mahnı Mahnızadə
icon
450
icon
Скачать
iconПодробнее о видео
Söz : Aydın Xırdalanlı
Sound : Piano By VN

Sözlər;

Düz yoldan azıb, nabələd ünvanlara düşdüm, Məcnuna dönüb, çöl-biyabanlara düşdüm.

Səhranı gəzən yerdə bataqlıqlara batdım, Dəryanı üzən vaxtı burulğanlara düşdüm.

Onsuz da cəhənnəm odu etməz mənə təsir, Ondan da betər atəş-i hicranlara düşdüm.

Mən surətinin fikrinə daldıqca, ay üzlüm,
Hər tazə ayın, əvvəli nöqsanlara düşdüm.

İslanmışa çox gəlmə hədə-qorxu yağışla, Məndən xəbər al, gör necə leysanlara düşdüm?

Bir parça çörəkdən ötəri buğda misali,
Əzdik, fələyin çərxi dəyirmanlara düşdüm.

Əvvəl ata sülbü, ana bətni və bu dünya,
Hər dəfə cəza çəkməyə zindanlara düşdüm.

Bir dəfə verilmiş ömürü xoş yaşamaq üçün,
Yaş işlərə girdim, quru böhtanlara düşdüm.

Mən marşrut ilə gedən illər, tələbə idim,
"Pul yoxdur, düşərsən" dedim, insanlara düşdüm.

Aydın əlinə aldı qələm ta bu ümidlə, Bəlkə sözə xatir, dilə, dastanlara düşdüm.

Похожие видео

Добавлено: 55 год.
Добавил:
  © 2019-2021
  Aydın Xırdalanlı - Düşdüm - RusLar.Me