![](https://ruslar.me/mobile/static/img/info.png)
Hadisə Agcabədidə baş verib. Goranboy sakini Amil Həsənov yük maşını ilə sürətli gedərkən idarəetməni itirib. Kamaz əvvəlcə yol kənarındakı ağaclara çırpılıb, sonra isə orada dayanmış avtomobilin üstünə çıxıb.
Minik maşınının sürücüsü Rəşid Qasımov sükan arxasında olduğundan qəzada faciəvi şəkildə ölüb. Hətta maşın elə vəziyyətə düşüb xilasedicilər onun cəsədini avtomobili doğrayaraq çıxara biliblər. Faktla bağlı araşdırma aparılır.