
Mən qürbətdə nələr çəkdim,
Çəkdiyim hər bir ah bilir...
Nələr çəkmədim qürbətdə,
Bircə onu Allah bilir...
(Baloğlan Cəlil)
“Beynəlxalq Ana Dili Günü” bir çox dünya ölkələrində, o cümlədən, qonşu İran və Rusiya ölkələrində yaşayan xalqlar arasında da bir çox möhtəşəm rəsmi tədbirlərilə fərqləndi... Rusiyanın Başqırdıstan Respublikasında keçirilən tədbirdə oranın Mədəniyyət Nazirinin şəxsi dəvətilə bizim soydaşımız Baloğlan Cəlil müəllim də iştirak etmiş və xeyli dəyərli ürək sözlərini də ifadə etmişdir. Baloğlan müəllim yalnız Rusiyada yox, doğma vətəni Azərbaycanda, qonşu Türkiyə və Orta Asiya ölkələrində də tanınmış şair, yazar və tərcüməçidir, bir çox kitabların müəllifidir. İngilis dilinə də tərcümə edilib. Başqırıstan Yazıçılar Birliyinin üzvü kimi də orada bir çox əsərləri nəşr edilib. O, hələ 80-cı illərin sonlarından başlayaraq,həm də öz doğma dilində - Talışca ərsəyə gətirdiyi bir çox şedevr şer və poemaların müəllifidir. Şübhəsiz ki, Baloğlan müəllimi şəhid Zülfüqar Əhmədzadə məktəbinin bugunki ən layiqli davamçılarından biri hesab etmək olar. İnşallah, tezliklə onun öz ana dilində nəşr edəcəyi kitabı də səbirsizliklə gözləyirik.
İki gün öncə, ZİZƏ TV-də Könül Rəsuli xanımla birgə apardığımız canlı efirdə Baloğlan müəllimin (həvəskar çəkilişli) həmin çıxışını paylaşmaqla yanaşı, doğma dilimizdə onunla kiçik bir dialoq da apardıq və həmin hissəni də aşağıda sizin nəzərinizə çatdırırıq...
Bıjio çəmə xəlği yolə zoə - VƏNƏŞƏ şair Baloğlən Cəlil!
Tam video—-