![](https://ruslar.me/mobile/static/img/info.png)
Zəlzələlərə qarşı binaları daha davamlı etmək üçün onları təmir etmək ən yaxşı yoldur. Ancaq bu çox bahalıdır. Yeni yataq isə insanların zəlzələdən qorunmasını ucuz qiymətə təmin edir.
Yataqda istifadə edilən əsas material 30-40 illik sərv ağacıdır. Sərv ağacının əsas xüsusiyyəti onun material kimi qüvvəsidir. Faktiki olaraq bu yataq 65 tonluq yük sınağından uğurla keçib.
Bu yatağın bir nəfərlik, iki nəfərlik habelə iki mərtəbəlisi də olur. Hətta sığınacaq şəklində də istehsal edilir. Şirkət yatağı yeni istehsal etsə də müştəri sarıdan çətinlik çəkmir. Xüsusi ilə də yaşlılar və ailəlilər bu yataqadan sifariş verirlər.
"WOOD LUCK" özü 5 min 600 dollaradır. Sığınacaq versiyasını da eyni qiymətə almaq mümkündür. İki mərtəbəli versiyaları isə 6 min 250 dollardan başlayır. Bura çatdırma və quraşdırma da daxildir.