Copyright © ARB TV
ARB TV kanalına abunə olun:
ARB TV-nin “O Üz” verilişinin növbəti buraxılışı meyxanaçı Vüqar Biləcəriyə həsr olunub.
Dostları və ailəsi mərhum meyxanaçı Vüqar Biləcəridən söhbət açıblar:
Meyxanaçı Orxan Lökbatanlı: “Azərbaycan xalqı təəssüflənə bilər ki, biz o boyda dahi şair itirmişik. Amma, bizim acımız iki qat böyükdür. Mən dost, dərd ortağı, qardaş itirmişəm”.
Meyxanaçı Ruslan Müşfiqabadlı: “Biz Vüqarla uşaqlıq dostu idik. Yeri çox görünür. Onun üçün hər gün darıxıram”.
Hacı Rövşən – Dostu: “Anasına çox bağlı idi. Anasının xəstləyindən sonra daxili sarsıldı. Vüqar o gündən pis vərdişlərə başladı”.
Meyxanaçı Səbuhi Xırdalanlı: “Vüqarın dostluğu sənətindən böyük idi. Hər iki dünyada elə bir dostum olsun istəyərdim”.
Meyxanaçı Oqtay Kamil: “Vüqarın yanında heç kimin haqqını tapdalamaq olmazdı. Bir ara sənətdən uzaqlaşmaq istəyirdi. Deyirdi ki, məni başa düşmürlər. Onun üçün hər gün çox ağladım. Atam öləndə o qədər ağlamamışdım. Təsirindən çıxa bilmirəm”.
Atası Zakir Paşayev: “Evə gec saatda da gələndə məni qucaqlayıb öpürdü. Ürəyim partlayır ki, ölməli mən idim, o rəhmətə getdi. Hələ də yoxluğuna inanmıram. Özümü heç nə ilə ovuda bilmirəm. Elə bil mən uşaq idim, o böyük”.
O Üz verilişi – TAM HİSSƏ - LİNK:
Qısa LİNK:
Sayt:
Facebook:
Instagram:
Teleqram:
Twitter:
#OÜz #ArbTv #VüqarBiləcəri