Aysun İsmayılova ft Rəksanə İsmayılova - Yenə Sən (Yeni 2023)

Просмотров: 14, 899   |   Загружено: 2 год.
icon
Luna Music House
icon
70
icon
Скачать
iconПодробнее о видео
Aysun İsmayılova & Rəqsanə İsmayılova - Yenə Sən

Mysic lyrics: İfrat Dünyamaliyev & Eltun Əsgər
Arrangement: İlkin Həsən
Çəkiliş: Tarixin Bir Günü
PR Menecer: Nadir Kərimov

"Yenə Sən" - Sözləri (Lyric)

(Bəndlər)
Getmə dur, sözümü bitirim,
Son duamı dilə gətirim:
Mən özüm kimisin itirim,
Sən özün kimisin sevəsən.

Dəliyəm, dəlidən dəliyəm,
Daha kədərlə sevgiliyəm.
Mən yaşayan bir ölüyəm,
Məni boş ver, sən necəsən?!

(Nəqarət)
Yenə sən, yenə hər dəfə sən,
Yenə yol verdin səhvə sən!
Bizi eşq iki yerə böldü,
Çölə mən düşdüm, evə sən..

(Bəndlər)
Rəssam kimi min fikirəm,
Kor gözümdən yaş tökürəm.
Nəfsimin rəsmin çəkirəm,
Sən onun üçün çərçivəsən.

Bir təsəllisi illərinin,
Ola övladın, ən şirinin.
Adımı daşıyan birinin,
Hər gün əllərini öpəsən.

(Nəqarət)
Yenə sən, yenə hər dəfə sən,
Yenə yol verdin səhvə sən!
Bizi eşq iki yerə böldü,
Çölə mən düşdüm, evə sən.


Luna Music House kanalında yayımlanan bütün audio və video məzmunlar "NK Media" tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!

#Reksaneİsmayılova #Aysunİsmayılova #YeneSen

Похожие видео

Добавлено: 55 год.
Добавил:
  © 2019-2021
  Aysun İsmayılova ft Rəksanə İsmayılova - Yenə Sən (Yeni 2023) - RusLar.Me