Səidə Rəhimli/ Kitab təqdimatı/ "Мне вновь хочется сказки/ Саида Рагимли/ пер: Афаг Шихлы/Afaq Şıxlı

Просмотров: 302   |   Загружено: 1 год.
icon
PrizmaTV &DOST tv
icon
28
icon
Скачать
iconПодробнее о видео
Moskvada şairə Səidə Rəhimlinin “Yenə nağıl istəyirəm” kitabının təqdimatı olub.

Moskvada şairə Səidə Rəhimlinin Afaq Şıxlı tərəfindən rus dilinə tərcümə olunan “Yenə nağıl istəyirəm” (“Мне вновь хочется сказки”) kitabının təqdimatı olub. Tədbir Əli Kazımovun rəhbərlik etdiyi Oçakova-Matveyksk rayonu Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (MMM) təşkilatçılığı ilə keçirilib.

Ə.Kazımovla yanaşı, Moskva vilayəti azərbaycanlıları MMM rəhbəri Elşən İbrahimov və Moskva şəhəri MMM adından Həşim Əliyev, PrizmaTV-nin baş redaktoru Rəşid Mədətzadə çıxış edərək müəllifi təbrik ediblər. Təqdimatda çıxış edən ziyalılar şairənin yaradıcılığından, tərcümənin yüksək səviyyəsindən söz açıb, müəllifə və əsəri tərcümə edən şairə, həkim Afaq Şıxlıya uğurlar diləyiblər. Tədbir iştirakçıları tərəfindən şairənin şeirləri qiraət olunub.

Похожие видео

  © 2019-2021
  Səidə Rəhimli/ Kitab təqdimatı/ 'Мне вновь хочется сказки/ Саида Рагимли/ пер: Афаг Шихлы/Afaq Şıxlı - RusLar.Me