Zəfər günü tariximizin şanlı səhifəsi kimi əbədi olaraq yaşayacaq – Novruz Aslan

Просмотров: 98   |   Загружено: 3 год.
icon
Trend TV
icon
12
icon
Скачать
iconПодробнее о видео
Qarabağ Zəfəri Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan bir hadisədir. Biz inanırıq ki, yüzilliklər sonra da bu gün tariximizin ən şanlı səhifəsindən olacaq. Azərbaycan xalqı tarixi qələbəmizi əbədi olaraq fəxrlə, qürurla qeyd edəcək. Bunu Trend-ə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Novruz Aslan bildirib. O, əlavə edib ki, bir neçə il bundan əvvəl Azərbaycanın 20 faiz ərazisi işğal altında idi, biz uduzmuş, üzərimizə məğlubiyyət damğası vurulmuş bir xalq kimi yaşayırdıq: “Amma bu gün biz torpaqlarımız azad etmişik. Bir-birimizi Zəfər bayramı münasibətilə təbrik edirik. Buna görə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, qəhrəman ordumuza, şəhidlərimizə və qazilərimizə borcluyuq”.
Novruz Aslan qeyd edib ki, Azərbaycan uzun illər idi ki, Prezident İlham Əliyevin rəhbərıiyi ilə bu Zəfərə hazırlaşırdı: “Prezident İlham Əliyev bütün sahələrdə ölkəmizi inkişaf etdirir, iqtisadiyyatımızı gücləndirir, ordmuzu ən müasir silah-sursatla təmin edirdi. İnsanlarda gələcəyə böyük ümid, inam yaranırdı. Bu uzaqgörən siyasətin nətcisəsi idi ki, Azərbaycan xalqı öz lideri ətrafında Dəmir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz düşmənə layiqli dərs verərək Qələbə qazandıq. Bundan böyük uğur, xoşbətlik ola bilməz”.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri onu da bildirib ki, bu gün azad edilmiş ərazilərdə həyata keçirilən sürətli bərpa işləri də qürur doğurur: Düşmənin yerlə yeksan etdiyi ərazilərimiz yenidən qurulur, müasir layihələr icra edilir, yolla çəkilir. Biz tarixi torpaqlarımıza sahib çıxırıq. Bu siyasət eyni zamanda bütün dünyaya bir mesajdır, dövlətimizin xoşməramlı niyyətini hamıya göstərir”.
Müsahibənin videovarinatını təqdim edirik.

Похожие видео

Добавлено: 56 год.
Добавил:
  © 2019-2021
  Zəfər günü tariximizin şanlı səhifəsi kimi əbədi olaraq yaşayacaq – Novruz Aslan - RusLar.Me