
“ASAN xidmət” və “Rabitəbank” ASC-nin birgə təşəbbüsü “Təhsiliniz Gələcəyimizdir" layihəsi Tərtərdə reallaşdırılıb. Layihənin məqsədi "COVID-19" pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə təşkil olunan onlayn tədris prosesinə internet imkanlarının məhdudluğu səbəbindən qoşula bilməyən şagirdlər üçün bu cür imkanları və fasiləsiz təhsili təmin etmək, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək göstərməkdir.