Türkiyədən myanmalı müsəlmanlara yardım

Просмотров: 516   |   Загружено: 12 год.
icon
xeberoxu az
icon
5
icon
Скачать
iconПодробнее о видео
Yalnız müsəlman olduqları üçün onlara zülm olundu. Evlərindən didərgin salındılar, işgəncəyə məruz qaldılar, öldürüldülər. Bütün ümidlərin bitdiyi bir vaxtda Türkiyədən yardım gələcəyini eşitdilər. Ancaq bu xəbərə sevindikləri üçün növbəti qətliamın qurbanı oldular. Ümidləri tamamilə tükənmişdi ki, Türkiyədən Myanma müsəlmanlarına yardım əli uzandı
Türkiyə baş nazirinin xanımı Əminə Ərdoğan, qızı Sümeyye Ərdoğan və Xarici İşlər Naziri Əhməd Davutoğlu Myanmada müsəlmanların yaşadığı əraziyə səfər ediblər.
Zülmə məruz qalmış insanlar bütün dərdlərini müsəlman qardaşları ilə bölüşüblər. Myanmardakı vəziyyət Əminə Ərdoğanı göz yaşlarına boğub. Bölgəyə səfər edən Türkiyə rəsmiləri gördüklərindən dəhşətə gəliblər.
Əminə Ərdoğan jurnalistlərə açıqlamasında bölgədəki vəziyyətlə yerindəcə tanış olub qiymətləndirmə aparacaqlarını və buradakı müsəlmanlara lazımi yardımın göstəriləcəyini bildirib
Bu ölkədə müsəlmanlara edilən zülmün qəbulolunmaz olduğunu deyən xanım Ərdoğan bütün dünyanı bu məsələyə biganə qalmamağa çağırıb.
Xarici işlər naziri Əhməd Davudoğlu isə baş verən hadisələrdən sonra Türkiyənin bu ölkədə səfirlik açmaq qərarına gəldiyini bildirib.

Похожие видео

Добавлено: 55 год.
Добавил:
  © 2019-2021
  Türkiyədən myanmalı müsəlmanlara yardım - RusLar.Me