![](https://ruslar.me/mobile/static/img/info.png)
Siqaretin nə qədər zərərli olmasını demək olar ki hamı bilir. Bəs görəsən bunu bilə bilə qadınları buna vadar edən səbəb hansılardır.
Apardığımız sorğu onu göstərdi ki qadınlar daha çox əsəbləri sakitləşdirmək və tənhalığa güc gəlmək üçün istifadə edirlər. Tənha qadınlar arasında siqaret çəkənlər çoxdur.
Səbəblər hələ bununla bitmir. Bəziləri bunu avropaya inteqrasiyanın nəticəsi kimi qələmə verirlər. Əksər qadınlar siqaretdən dəb kimi istifadə edirlər. Bu daha çox qadının düşdüyü mühitdən asılıdır.
Psixoloqlar da qadınların siqaret çəkməyini daha çox müasirlik və imic formalaşdırmaqla bağlayırlar.