
Rabitəbankın baş ofisində quraşdırılmış "Made in Azerbaijan" nişanlı "Bio dezinfeksiya keçidi", üztanıma infraqırmızı termometr sayəsində bədən temperaturunu tam dəqiqliyi ilə ölçür və dezinfeksiya məhlululun buxar halında bədənə hopdurulması ilə cəmi 3 saniyəyə bədəndəki mikroorqanizmləri zərərsizləşdirilir. Həm müştərilərimizin, həm də əməkdaşlarımızın sağlamlığı naminə fəaliyyətimiz ərzində virusdan qorunmaq üçün innovativ həllərin tətbiqinə davam edirik.