Bəstəkar Cavanşir Quliyev: Müşfiq ağıları (liberetto müəl. Sabir Rüstəmxanlı)., Susdunuz!

Просмотров: 19, 288   |   Загружено: 3 год.
icon
ToloshiSado
icon
499
icon
Скачать
iconПодробнее о видео
Nəhayət ki, xalqımızın fədakar oğlu, azadfikirli söz ustadı, görkəmli bəstəkar Cavanşir Quliyevin bəstələdiyi “Müşfiq ağıları” (liberetto müəllifi Sabir Rüstəmxanlı) əsəri M.Maqomayev adına Dövlət Filarmoniyasının möhtəşəm Xor kollektivi tərəfindən yüksək səviyyədə səsləndi… Allahdan Cavanşir müəllimə cansağlığı, uzun ömr və yeni-yeni uğurlar diləyirik. Filarmoniyanın rəhbərliyini, fədakar Xor kollektivini, liberettonun müəllifi Sabir Rüstəmxanlını də bu yüksək uğur münasibətilə təbrik edirik! Eşq olsun hamınıza və dünənki möhtəşəm konsertin cəmi iştirakçılarına. Konsertə dəvətinə görə, gənc musiqişünas tədqiqatçı Cavid Məmmədliyə də təşəkkür edir və ona da ən xoş arzularla yola davamını diləyirik…
Aşağıda: Dünənki konsertdən son bir parça: “Susdunuz!”
İşıq adıyla gələn hər zülmətə susdunuz,
Fikrimizi qaraldan cəhalətə susdunuz.
Qardaş qardaşa düşmən, qonşu qonşuya yağı,
İçimizi çürüdən ədavətə susdunuz.
Bir ola bilmədiksə birlik gərəkən yerdə,
Parçalandı yurdumuz, bu möhnətə susdunuz!
Qanımızı içənlər keçdi yuxarı başa,
Cəlladların önündə itaətə susdunuz.
Dilimiz, varlığımız bazara sürükləndi,
İşğalçıya baş əyib, rəzalətə susdunuz.
Dahilər məhkəməsiz çürüdü sürgünlərdə - susdunuz!
Düşmədi ədalətin gözündən qara pərdə - susdunuz!
Cəlladın kötüyündə hər gün bir işıqlı baş - susdunuz!
Bu zillətə susdunuz! Bu vəhşətə susdunuz!
Mənbə:

Liberettonun tam ifası:

Похожие видео

Добавлено: 56 год.
Добавил:
  © 2019-2021
  Bəstəkar Cavanşir Quliyev: Müşfiq ağıları (liberetto müəl. Sabir Rüstəmxanlı)., Susdunuz! - RusLar.Me