Babam və mən (2012) - sənədli film - bəstəkar Eldar Mansurov və babası Məşədi Süleyman

Просмотров: 45   |   Загружено: 3 нд.
icon
KinoBiz
icon
1
icon
Скачать
iconПодробнее о видео
12+

Film məşhur musiqiçilər nəslindən - Mansurovlar ailəsindən bəhs edir. Ötən əsrin əvvəllərində neft bumu ilə bağlı çiçəklənmə dövrü yaşayan Azərbaycanda zəngin iş adamı Məşədi Süleyman özünün fotoaparatı ilə Avropa səyahətinə çıxır. O dövrdən təxminən yüz il sonra hazırlanan bu sənədli filmin vizual təməlini də elə həmin fotoşəkillər təşkil edir. Filmin mətn həllini isə kompüter arxasında oturaraq, babasının fotolarını nümayiş etdirib münasibət bildirən bəstəkar Eldar Mansurovun daxili monoloqu yaradır. Səyahət etdikləri yerlərin fotolarını çəkən Məşədi Süleymanla qardaşı Mirzə Mansurun səyahət zamanı başlarına gələn hadisələrin dövrün fotoları əsasında aparıcı mətnində səslənməsi audiovizuallığı təmin edir. Qardaşların getdikləri məkanlar, tanış olduqları maraqlı insanlarla çəkdirdikləri fotoların bu günədək ailə arxivində qorunub saxlanılması Mansurovların zəngin foto arxivinin bədii həllini verir.

İstehsalçı: Salnamə sənədli filmlər studiyası
Texniki göstəricilər: 4:3
Janr: mədəniyyət, bioqrafik, səyahət

Rejissor: Aydın Dadaşov
Ssenari müəllifi: Aydın Dadaşov
Operatorlar: Elşən Əliyev, Rüfət Süleymanov, Sərdar Vəliyev

Film Azərbaycan Kinorejissorlar Gildiyası ilə 01.06.2024-cü il tarixində bağlanmış müqavilə əsasında yayımlanır.

Похожие видео

Добавлено: 55 год.
Добавил:
  © 2019-2021
  Babam və mən (2012) - sənədli film - bəstəkar Eldar Mansurov və babası Məşədi Süleyman - RusLar.Me