Onun ürəyi (2011) - qısametrajlı bədii film - nağıl film

Просмотров: 233   |   Загружено: 3 нд.
icon
KinoBiz
icon
6
icon
Скачать
iconПодробнее о видео
12+

Bir zamanlar xoşbəxt Pərilər şahı öz ailəsi və ümməti ilə çox xoş günlər keçirirmiş. Çünki o xalqını Şərrin adlı çox qorxulu bir cadugərdən xilas etmiş və onu heç kəsin çıxa bilməyəcəyi çox hündür bir dağın başındakı zindanda dustaq etmişdi. Əli heç yana çatmayan Şərrin öz talismanını cadulayır və onu milçəyə bənzər bir həşərata çevirir. Pərilər şahının sarayında isə bu zaman şahın təzəcə dünyaya gəlmiş oğlu - Ağdanın şərəfinə ziyafət verilir. Milçək Şərrinin əmri ilə uşağı sancır və ağ Ağdan ailəsinin gözü qarşısında qara Qədrana çevrilir. Qədran isə günlərin birində Pəriyə aşiq olur və bu eşq onu dəyişməyə məcbur edir.
Filmin çəkilişləri Bakı və İsmayıllıda gerçəkləşib.

İstehsalçı: Salnamə kinostudiyası
İlk baxış tarixi: 01.06.2011
Texniki göstəricilər: 16:9
Janr: fentezi, macəra, müzikl

Rejissor: Samir Kərimoğlu
Ssenari müəllifi: Samir Kərimoğlu
Operator: Nadir Mehdiyev
Bəstəkar: Vüqar Camalzadə
Rollarda: Aysel İbrahimova (Pəri), Murad Abdullayev (Ağdan / Qədran), Təvəkkül Əliyev, Aygün Rəhimova, Aytac İsmayılova, Aytən İsmayılova, Mətin İbrahimli, Atilla İbrahimli, Ərgün Camalzadə, Aydan Camalzadə, Müslüm Kərimli, Zərifə Nur Kərimli, Zübeydə Məlikli, Leyla Məlikli, İntiqam Soltan, Firuzə Abdullazadə, Vasif Qəhrəmanov
Musiqi ifaçıları: Zülfiyyə Xanbabayeva, Aysel İbrahimova, Hüseyn Abdullayev, Xəyyam Mustafazadə, Hüseyn Səttarzadə, Novruz Novruzlu, Vüqar Camalzadə, Mahir İbrahimov, Saleh Məmmədov, Aydın Yəhyayev, Dilarə Mehdiyeva, Vadim Sandler, Rəna Rəhimova, Denis Utkin, Aqşin Tariyeloğlu, Şirzad Fətəliyev
Xoreoqraflar: Pərviz Məmmədrzayev, Oksana Rəsulova
İcraçı prodüserlər: Nazim Hüseynov, Mahir İbrahimov

Film Azərbaycan Kinorejissorlar Gildiyası ilə 01.06.2024-cü il tarixində bağlanmış müqavilə əsasında yayımlanır.

Похожие видео

Добавлено: 55 год.
Добавил:
  © 2019-2021
  Onun ürəyi (2011) - qısametrajlı bədii film - nağıl film - RusLar.Me